Həmyerlilərimiz dünyanın ən nüfuzlu Müsabiqəsində...
Azərbaycanlı tələbələrimiz dünyanın ən nüfuzlu beynəlxalq müsabiqəsində iştirak edirlər.
Belə ki, dünyanın ən nüfuzlu Ərəb dili Debat Müsabiqəsi – Beynəlxalq Universitetlər Debat Çempionatına start verilib. (IUDC) Yeddinci dəfədir təşkil olunan möhtəşəm müsabiqə mayı 24-29 tarixlərində Qətərdə keçiriləcək.
Ulusum.az xəbər verir ki, möhtəşəm layihədə Azərbaycandan olan 3 tələbə - Zeynəb Atamalıyeva, Aysu Abdullayeva və Səbinə Cəbrayılova ölkəmizi layiqincə təmsil edirlər. Hazırda həmyerlilərimiz beynəlxalq debatın bu günkü açılış mərasimində iştirak edirlər.
Bakı Dövlət Universitetinin tələbəsi olan Zeynəb Atamalıyeva Ulusum.az-a açıqlamasında bildirib ki, bu, onun iştirak etdiyi ərəb dilində keçirilən ilk beynəlxaq debat deyil. Zeynəb Babək qızı Atamalıyeva ötən il Omanın Maskat şəhərində keçirilən Asiya Çempionatlığında iştirak edib. QətərDebate-nin təşkil etdiyi ərəb dilli müsabiqəsi də uğurla həyata keçirilib.
Bu il də QatarDebate tərəfindən təşkil edilən IUDC, dünyanın hər yerindən tələbələri vahid bir məqsəd - rəqabətli debat üçün toplayan qlobal tədbirdir. Burada aktual sosial problemlər və qlobal problemlər haqqında diskussiyalar aparılır.
Qeyd edək ki, Beynəlxalq Çempionat sırf ərəb dilində keçirilir və təkcə tələbələrin ərəb dilindən istifadə edərək tənqidi diskursda iştirak etmələri üçün deyil, həm də həyatın bütün təbəqələrindən olan ərəbdilli tələbələrin ümumi səhnədə bir araya gəlməsi və bir-birini öyrənməsi üçün unikal platformaya malikdir. Çempionat beş gün ərzində gərgin mübarizə şəraitində keçəcək, burada komandalar müxtəlif mövzular üzrə debatlarda özlərini ən yaxşı şəkildə göstərməyə çalışacaqlar.
Aymirə Ağamirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
19-04-2024, 11:24
Hansı işə müraciət edirsənsə, ilk növbədə, CV-də(Curriculum Vitae) dil biliyinə, xüsusən də rus dilinə diqqət
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 12:00
Süd vəziləri nə vaxtdan yoxlanmalıdır?
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin edilib
