Ruhunuzu "təmizləyin..."
Allah insanları yaradarkən onları bərabər yaratdı; iki göz, iki qulaq, iki əl, iki ayaq, bir sözlə, sahib olduğumuz hər şey əslində bizi zəngin edən "silahlar"ımızdır.
Düşünün, barmağımızın biri kəsiləndə necə axsadığımızı, onun bizim üçün necə önəmli olduğunu.
Amma təəssüflər olsun ki, bəzən insanlar bu sərvətin fərqində olmaz, başqasında gördüklərinə həsəd aparmağa başlayar. Zaman keçdikcə həsəd daha da qatılaşar və paxıllıq hissi ilə əvəz olunar. Bu isə insanlar arasında nifaqın yaranmasına, mübahisələrə, davalara və daha geniş miqyas almaqla müharibələrə gətirib çıxarar...
Ümumiyyətlə, həsəd və paxıllıq kimi tarix boyu insan cəmiyyətlərində çox ciddi hadisələrə və böyük problemlərə səbəb olub.
Bəşər övladının əksəriyyəti dost və yaxınlarından kiminsə bir uğur əldə etdiyini görəndə daxillərində həsəd atəşi alovlanır. Onun uğuruna sevinmirlər. Özünün və başqalarının uğur əldə etmək üçün ondan faydalanmır, yaradıcı istedadından yararlanmaq yerinə onu sındırmaq uğrunda əllərindən gələni edirlər.
Bəzən də onun yolu üzərində maneə yaratmaq üçün bacardıqları qədər çalışırlar. Bütün bunlar, insanın tutumunun az, mədəniyyət səviyyəsinin aşağı, imanın zəif, özünə inamın olmadığından doğur. Bəzən bu həsədlər nalayiq böhtan, həqarət və məzəmmət şəklidə özünü göstərir.
İslamda Paxıllıq
Dinimiz o qədər mükəmməldir ki, elə bir mövzu yoxdur ki, orada ədalətli izahı verilməmiş olsun. Məsələn, paxıllıq, həsəd, xainlik kimi zərərli hislərlə bağlı da ətraflı məlumat verilib.
Zərərli?
Bəli, zərərli.. Çünki paxıl insan ilk öncə özünə ziyan vermiş olur. "Quran"da buyurulur: "Paxıllıq - xəstəliklər arasında ən pis xəstəlikdir".
Ulusum.az xatırladır ki, Həzrət Peyğəmbər (s) bir gün öz səhabələrinə buyurur: "Agah olun ki, sizdən əvvəlki ümmətlərin düçar olduğu xəstəliyə, yəqin ki, siz də düçar olmusunuz. Bu, paxıllıqdır. Paxıllıq bədənin tükünü məhv etməz, ancaq dini məhv edər. İnsan paxıllığın şərindən o zaman amanda olur ki, dilini və əlini hifz edər. Din qardaşına tənə vurmaz, onun dalınca danışmaz".
Paxıl o şəxsdir ki, həsəd apardığı insana verilən nemətin puç olmağını istəyir və bunun üçün də əlindən gələn imkanlardan istifadə edərək səy göstərir. Bu sərf edilən zaman və səylər isə paxıllıq edən şəxsin özünə, əsəb sisteminə, səhhətinə böyük zərbə vurur...
Hər bir insan dəyərlidir, çünki onu yaradan Uca Rəbbimizdir. Çalışın, bu dəyərin fərqində olasınız. O zaman başqalarının uğurlarını, pullarını, xoşbəxtliklərini saymağa sərf etdiyiniz zamanı özünüzə ayırın.
Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: “Zənn etməkdən çəkinin! Həqiqətən, zənn ən yalan sözdür. Bir-birinizi güdməyin, casusluq etməyin, bir-birinizə həsəd aparmayın, bir-birinizə nifrət etməyin, bir-birinizə arxa çevirməyin! Ey Allahın qulları, qardaş olun!” (Səhih əl-Buxari).
Aymirə Ağamirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
21-04-2024, 08:30
ULUSUM.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 16:25
LİMONLU RULET
Populyar Xəbərlər
İbrahim İlyaslı : “Könül Dəftərim” — yaddaşımızı yaşadan sənədli film VİDEO
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
İstanbulun Fatih rayonunda zəhərlənmə şübhəsi ilə baş verən ailə faciəsi ilə bağlı istintaq davam edir
Portağallı Acı Şokoladlı Trüfellər
Bir ailənin 4 üzvünün ölüm səbəbi MƏLUM OLDU
