Dövlət Departamentinin Rusiya əleyhinə müraciəti
ABŞ Konqresinin təşəbbüsü ilə Dövlət Departamenti Ukraynaya göndərilən silah-sursatdan, eləcə də hava hücumundan müdafiə vasitələrindən Rusiya ərazisindəki hərbi hədəflərə zərbələr endirilməsinə icazə verilməsi məqsədilə Prezident Co Baydenə müraciət edib.
Ulusum.az-ın xəbərinə görə, bu barədə “The New York Times“ məlumat yayıb.
Bildirilib ki, hazırda Dövlət Departamenti Antoni Blinkenin də dəstəklədiyi təklifə uyğun olaraq Pentaqona müvafiq icazə səlahiyyətinin verilməsi məsələsini nəzərdən keçirir.
Xatırladaq ki, əvvəllər bu struktur təklfiin əleyhinə olsa da, Rusiyanın hücumların intensivliyini artırması, xüsusilə də Xarkovun şiddətli hücuma məruz qalması Dövlət Departamentinin mövqeyini dəyişib. “The New York Times“ onu da yazıb ki, Böyük Britaniya artıq analoji icazənin verildiyi barədə qərarı Ukrayna hökumətinə təqdim edib.
Rəsmi Vaşinqtonla Londonun mövqeyindəki dəyişiklik ukraynalı hərbçilərin yaxın gələcəkdə adı çəkilən ölkələrin ərazisində təlimlərə cəlb olunması prosesini də sürətləndirə bilər.
Qeyd edək ki, haqqında bəhs olunan icazələrin verilməsi xahişi ilə Nümayəndələr Palatasının bir qrup üzvü müraciət edib.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 16:30
CRISPY CHICKEN BREAD
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Portağallı Acı Şokoladlı Trüfellər
