Rusiya XİN: Yaponiya ilə siyasi əlaqələrin bərpasından söhbət gedə bilməz
“Yaponiya ilə münasibətlərimiz getdikcə daha da pisləşir və biz mövcud şəraitdə rəsmi Tokio ilə siyasi təmasları bərpa etmək niyyətində deyilik”.
Ulusum.az-ın xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin Asiya Ölkələri Departamentinin direktoru Lyudmila Vorobyova deyib.
O həmçinin Yaponiya hökumətinin indiyədək ölkəsinə qarşı 22 sanksiya paketi qəbul etdiyini xatırladıb:
“Aydındır ki, belə bir şəraitdə Yaponiya tərəfinin təşəbbüsü ilə kəsilən siyasi əlaqələrin bərpasından söhbət gedə bilməz. Yaxşı olardı ki, münasibətlərin gələcəyi barədə rəsmi Tokionun özü düşünsün”, – rusiyalı diplomat belə deyib.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
27-04-2024, 11:02
Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov,
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
