Məşhur konyak brendi Bakıda FOTO - EKSKLÜZİV
Şərq Bazarı Kompleksində “Sahibkarlığın inkişafında Ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.
Ulusum.az xəbər verir ki, tədbirdən sonra “Tovuz Beverage” şirkətinin rəsmi açılışı olub. Mərasimdə bildirilib ki, Azərbaycanda ilk özəl şirkətlərdən olan “Naigin K⁰ Tovuz-Baltiya” LTD 1989-cu ilin dekabrından üzüm yetişdirilməsi və şərab məhsullarının istehsalı məqsədilə yaradılan “Tovuz” üzümçülük-istehsalat kooperativi ölkəmizin ən aparıcı şirkətlərindən biridir. 35 ildir istehsal etdiyi alkoqollu və alkoqolsuz içkiləri ilə dünyanın bir çox ölkələrində böyük maraqla qarşılanır.
2002-ci ildə Ulu Öndər Heydər Əliyevin “Azərbaycanda üzümçülüyün və şərabçılığın inkişaf etdirilməsi haqqında” fərmanından sonra “Naigin K⁰ Tovuz-Baltiya” fransız texnologiyası ilə şərab və konyak istehsal etməyi qarşısına məqsəd qoyub. Yüksək ixtisaslı mütəxəssislər və böyük iş stajına malik texnoloqların çalışdığı zavodda köhnədən qalmış konyak materialının istifadəsi ilə bərabər, üzümün keyfiyyətli sortlarından yüksək keyfiyyətli şərablar, həmçinin konyak spirti də istehsal olunub.
Açılış mərasimində çıxış edən Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə bildirib ki, Azərbaycanın əksər rayonlarında üzümçülük və şərabçılıq üçün geniş ərazilər var. Ümumiyyətlə isə şərabçılığın inkişafına dair Dövlət Proqramına uyğun olaraq regionlarda üzümçülük və şərabçılıq inkişaf etdirilir.
Həmçinin tədbirə qatılan millət vəkilləri Fazil Mustafa, Vüqar İskəndərov, Arzu Nağıyev, Azər Frans şirkətinin rəhbəri Vidadi Əkbərov Azərbaycanda iqtisadiyyatın səmərəliliyinin artırılması və rəqabət qabiliyyətinin yüksəldilməsi çərçivəsində aqrar sektorda üzümçülüyün, eyni zamanda, şərabçılığın dinamik inkişafının ölkənin əsas prioritetlərindən biri olduğunu vurğulayıblar.
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov qeyd edib ki, son illərdə respublikamızda üzümçülüyə və şərabçılığa xüsusi diqqət yetirilir və bu sahənin inkişafı üçün mühüm dövlət qərarları qəbul olunur.
Türk Dünyası Parlamentarilər Birliyinin koordinatoru Adnan Fişenk çıxışında “Made in Azerbaijan” brendinin təbliğ edilməsi bu sahənin inkişafına göstərilən dəstəyin böyük əhəmiyyətə malik olduğunu dilə gətirib.
Bundan başqa, tədbirdə iştirak edən xarici iqtisadi fəaliyyət iştirakçıları, diplomatlar, millət vəkilləri, tanınmış ictimaiyyət xadimləri, sahibkarlar və tanınmış hüquqşünaslar, partnyor şirkətlərin nümayəndələri, media təmsilçiləri, QHT nümayəndələri və ziyalılar çıxış edərək ölkənin iqtisadi inkişafında uzunmüddətli davamlı fəalliyyətdə olan "Tovuz Baltiya" MMC şirkətinə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Tədbir konsert proqramı ilə davam edib.
Rübabə SAHİB






Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
14-11-2025, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Ulusum Tv
14-11-2025, 17:05
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
Mətbəx
14-11-2025, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
14-11-2025, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
14-11-2025, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
14-11-2025, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
14-11-2025, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
