Taksilərdə YENİLİK: Sürücüyə ehtiyac qalmayacaq - FOTO
Çinin "Baidu" şirkəti pilotsuz taksilər buraxmağa hazırlaşır.
Ulusum.az bildirir ki, 2024-cü ilin sonuna qədər xidmət Uhan şəhərində istifadəyə veriləcək və 1 000-ə qədər avtopilotlu taksi küçələrə çıxacaq.
Taksi xidməti üçün xüsusi olaraq "Baidu Apollo RT6" pilotsuz elektrik avtomobilləri buraxılıb. Sınaq zamanı prototiplər ümumilikdə 100 milyon kilometr məsafə qət ediblər. Pilotsuz taksilər "Ford Transit"i də lisenziya əsasında istehsal edən "JMC" şirkəti tərəfindən istehsal olunacaqlar.
"Baidu Apollo RT6" pilotsuz taksisi futuristik dizayna malik, sürüşən qapıları olan elektrik mikroavtobusudur. Onun uzunluğu 4,7 metr, təkər bazası isə 2,8 metrdir.
"Baidu Apollo RT6" taksisinin salonunda sükan və ya pedallar yoxdur, onun əvəzinə isitmə, masaj, tənzimləmə və geri çəkilə bilən ayaq dayaqları olan dörd fərdi oturacaq var. Taksini idarə etmək üçün sensor ekran və səslə idarəetmədən istifadə olunacaq.


Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 12:00
Süd vəziləri nə vaxtdan yoxlanmalıdır?
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin edilib
Təhsil sənədləri artıq tam rəqəmsal formatda
İran lideri etirazçıların Trampı razı salmağa çalışan vandallar olduğunu deyir - VİDEO
