“Ən yaxşı təqdimat”ın qalibləri MÜKAFATLANDIRILDI
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Ulusum.az xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Baş nazirin müavini Əli Əhmədov və digər dövlət rəsmiləri iştirak ediblər.
Qeyd olunub ki, hər il ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsi təşkil olunur. Müsabiqə Ulu Öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə həyata keçirilir.
Bildirilib ki, respublika səviyyəsində təşkil olunan müsabiqəyə bütün regionlardan 2 944 şagird qatılıb. Hər bir rayon və şəhərdən müəyyən olunmuş kvotaya əsasən 90 şagird komissiya tərəfindən qiymətləndirilərək ölkə mərhələsinə seçilib.
Ölkə mərhələsində iştirak hüququ qazanmış şagirdlərin onlara təqdim olunmuş 10 mövzudan 1-i üzrə çıxışları müsabiqə komissiyası tərəfindən dinlənilərək qiymətləndirilib, 34 nəfər müsabiqənin qalibi olub. Onlardan 7 nəfər 1-ci, 11 nəfər 2-ci, 16 nəfər isə 3-cü yerə layiq görülüb.
Qeyd edək ki, müsabiqə Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 11:40
İtburnu- Niyə bu qədər vacib xəbərdarlıqdır?
Sağlamlıq
Bu gün, 11:21
İtburnunun doğru istifadəsi ilə bağlı yeni tövsiyələr — Ulusum.az xəbər verir
Mətbəx
Dünən, 16:25
LİMONLU RULET
Populyar Xəbərlər
İbrahim İlyaslı : “Könül Dəftərim” — yaddaşımızı yaşadan sənədli film VİDEO
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
İstanbulun Fatih rayonunda zəhərlənmə şübhəsi ilə baş verən ailə faciəsi ilə bağlı istintaq davam edir
Portağallı Acı Şokoladlı Trüfellər
Bir ailənin 4 üzvünün ölüm səbəbi MƏLUM OLDU
Qan xərçəngi sağalana bilən xəstəlikdir — həkim-onkoloqdan AÇIQLAMA
