Ramiz Mehdiyevi tərifləyən bu rektor vəzifədən azad edildi
Prezident İlham Əliyevin dekabrın 10-da imzaladığı sərəncamla Şahin Əliyev Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib.
Ulusum.az-ın məlumatına görə, rektor vəzifəsi ilə vidalaşan Şahin Əliyev uzun illər Prezident Administrasiyasında çalışıb. O, 1991–2022-ci illərdə Hüquq ekspertizası şöbəsinin müdiri olub. 2022-ci ildə şöbə ləğv edildikdən sonra 19 may 2022-də Ədliyyə Akademiyasının rektoru təyin edilib.
Məlumatlara görə, Şahin Əliyev Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə yaxın kadr kimi tanınıb. Sosial şəbəkələrdə yayılan videoda onun Ramiz Mehdiyevi yüksək tərifləməsi geniş müzakirələrə səbəb olub.
Şahin Məhərrəm oğlu Əliyev 1960-cı ildə Bakıda anadan olub, Daşkənd Dövlət Universitetinin məzunudur. 1984-cü ildən Elmlər Akademiyasında, daha sonra ADU-da müəllim kimi çalışıb. 1989-cu ildən dövlət qulluğunda müxtəlif rəhbər vəzifələrdə olub və eyni ildə Prezident Aparatına şöbə müdiri təyin edilib.
Hüquq elmləri namizədidir. 2020-ci ildə dövlət qulluğunda uzunmüddətli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif olunub.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
31-01-2026, 09:00
Fevral üçün hava proqnozu
Cəmiyyət
31-01-2026, 09:00
Məhəmməd Əmin Rəsulzadə – istiqlal ideyasının əbədi siması
Populyar Xəbərlər
Azərbaycan diasporunun tanınmış siması Cəmil Paşa oğlu Əliyev 27 yanvarda vəfat edib
Milli xalça sənəti Azerbaijan Best Award ilə dəyərləndirilib
2026-cı ildə Novruz çərşənbələrinin tarixləri açıqlandı
Subway Surfers” Tovuz–Qazax ruhunda VİDEO
Dədə Ədalətin doğum günüdür VİDEO
“Yeni Özbəkistan Ulduzları” mükafatı paytaxtda keçirildi