Gəncə “Dubay bazarı”nda bıçaqlanma — Məhkəmə hökmü elan olundu
Gəncə şəhərində yerləşən “Dubay bazarı”nda baş verən bıçaqlanma hadisəsi ilə bağlı məhkəmə hökmü açıqlanıb. 1979-cu il təvəllüdlü Vüsal Əsgərov tanışı Arazı şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı bıçaqlamaqda təqsirli bilinib.
Ulusum.az-ın bölgə müxbirinin məlumatına görə, hadisə 2024-cü il avqustun 26-da şəhərin Azərbaycan Bayrağı küçəsində yerləşən və “Dubay bazarı” kimi tanınan ticarət obyektində baş verib.
İstintaq materiallarına əsasən, tərəflər arasında meyvə qiymətinə görə mübahisə yaranıb. Bu zaman Arazın nalayiq ifadələr işlətməsi Vüsal Əsgərovu qəzəbləndirib. O, işlədiyi yerdən meyvə bıçağını götürərək geri qayıdıb və tanışının sol döş qəfəsinə bir zərbə endirib.
Məhkəmədə ifadə verən Vüsal Əsgərov özünü qismən təqsirli bildiyini deyib və hadisə vaxtı spirtli içki qəbul etdiyini, emosiyalarına nəzarət edə bilmədiyini bildirib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal Əsgərov Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə 8 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
R.D

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
31-01-2026, 09:00
Fevral üçün hava proqnozu
Cəmiyyət
31-01-2026, 09:00
Məhəmməd Əmin Rəsulzadə – istiqlal ideyasının əbədi siması
Populyar Xəbərlər
Azərbaycan diasporunun tanınmış siması Cəmil Paşa oğlu Əliyev 27 yanvarda vəfat edib
Milli xalça sənəti Azerbaijan Best Award ilə dəyərləndirilib
2026-cı ildə Novruz çərşənbələrinin tarixləri açıqlandı
Subway Surfers” Tovuz–Qazax ruhunda VİDEO
Dədə Ədalətin doğum günüdür VİDEO
“Yeni Özbəkistan Ulduzları” mükafatı paytaxtda keçirildi