Bakıda Türk Dövlətlərinin Əmək Nazirləri Toplaşdı
TDT ölkələri ilk dəfə əmək, məşğulluq və sosial müdafiə sahələrində ortaq əməkdaşlıq gündəmi ilə bir araya gəldi.

Ulusum.az xəbər verir ki, Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) əmək, məşğulluq və sosial müdafiə nazirlərinin ilk iclası keçirilib. Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və müşahidəçi ölkələrin nümayəndələrinin iştirak etdiyi toplantı “Türk dövlətlərində ortaq rifah naminə əmək sahəsində əməkdaşlıq” mövzusunda baş tutub.

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev çıxışında TDT ilə əməkdaşlığın ölkəmiz üçün prioritet olduğunu, sosial islahatlar, rəqəmsal xidmətlər və DOST modeli barədə məlumat verib.
O, qarşılıqlı təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.
TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev və Türkiyənin naziri Vedat İşıkhan əməkdaşlığın “Türk Dünyası 2040 Vizyonu” çərçivəsində əhəmiyyətini qeyd ediblər. Üzv ölkələrin nümayəndələri əmək bazarının inkişafı, rəqəmsallaşma, sosial müdafiə və təhlükəsizlik sahələrində birlikdə fəaliyyətin önəmini bildiriblər.

Sonda iclasın Bəyannaməsi imzalanıb. Sənəd əmək qanunvericiliyi, təhlükəsizlik, gender bərabərliyi və digər sahələrdə əməkdaşlığın gücləndirilməsini, həmçinin ölkələr arasında Əmək, Məşğulluq və Sosial Müdafiə üzrə İşçi Qrupun yaradılmasını nəzərdə tutur.

R.Daşdəmirova

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
31-01-2026, 09:00
Fevral üçün hava proqnozu
Cəmiyyət
31-01-2026, 09:00
Məhəmməd Əmin Rəsulzadə – istiqlal ideyasının əbədi siması
Populyar Xəbərlər
Azərbaycan diasporunun tanınmış siması Cəmil Paşa oğlu Əliyev 27 yanvarda vəfat edib
Milli xalça sənəti Azerbaijan Best Award ilə dəyərləndirilib
2026-cı ildə Novruz çərşənbələrinin tarixləri açıqlandı
Subway Surfers” Tovuz–Qazax ruhunda VİDEO
Dədə Ədalətin doğum günüdür VİDEO
“Yeni Özbəkistan Ulduzları” mükafatı paytaxtda keçirildi