Azərbaycan innovasiya sahəsində “Ən böyük qlobal irəliləyiş” mükafatına layiq görüldü
Azərbaycan nüfuzlu reytinqdə Mərkəzi Asiya üzrə “Ən böyük qlobal irəliləyiş” mükafatına layiq görülüb
Ulusum.az xəbər verir ki, innovasiya iqtisadiyyatı üzrə araşdırma platforması olan “StartupBlink” 2025-ci il üçün “Startup Ecosystem Awards” reytinqinin nəticələrini açıqlayıb. Reytinqə əsasən, Azərbaycan Mərkəzi Asiya üzrə “Ən böyük qlobal irəliləyiş” mükafatını qazanıb.
Bu uğur, Azərbaycanın 6 pillə irəliləməsi və regionda ən yüksək göstəriciyə nail olması ilə izah olunur. Mükafat ölkənin innovasiya siyasətinin operatoru olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə (İRİA) təqdim edilib.
“StartupBlink” hesabatında qeyd olunub ki, İRİA-nın fəaliyyəti nəticəsində innovasiya infrastrukturu və startap siyasəti ciddi şəkildə inkişaf edib. Agentliyin bu sahədə liderliyi və dayanıqlı startap ekosistemi yaratmaq istiqamətində atdığı addımlar xüsusi vurğulanıb.
Qeyd edək ki, builki reytinqdə 18 ölkədən 22 ekosistem 40 müxtəlif parametr üzrə dəyərləndirilərək mükafatlandırılıb.
R.Daşdəmirova

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
31-01-2026, 09:00
Fevral üçün hava proqnozu
Cəmiyyət
31-01-2026, 09:00
Məhəmməd Əmin Rəsulzadə – istiqlal ideyasının əbədi siması
Populyar Xəbərlər
Azərbaycan diasporunun tanınmış siması Cəmil Paşa oğlu Əliyev 27 yanvarda vəfat edib
Milli xalça sənəti Azerbaijan Best Award ilə dəyərləndirilib
2026-cı ildə Novruz çərşənbələrinin tarixləri açıqlandı
Subway Surfers” Tovuz–Qazax ruhunda VİDEO
Dədə Ədalətin doğum günüdür VİDEO
“Yeni Özbəkistan Ulduzları” mükafatı paytaxtda keçirildi