Bu gün, 09:41 0 Cəmiyyət / Gündəm

“Məhsəti” filmi Bakı Film Festivalından çıxarıldı – səbəb nədir?

“Məhsəti” filmi Bakı Film Festivalından çıxarıldı – səbəb nədir?
Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şuranın “Məhsəti” qısametrajlı bədii filminin Bakı Film Festivalında nümayişinə qadağa qoymasının səbəbi bəlli olub.

Ulusum.az” xəbər verir ki, rejissor və ssenari müəllifi Suad Qara tərəfindən hazırlanan filmdə ədəbiyyat irsimizə hörmətsizlik nümayiş olunur, Azərbaycanın klassik ədəbi-mədəni tarixində xüsusi mövqeyə malik olan Məhsəti Gəncəvi obrazının bədii təqdimatında ciddi təhriflərə yol verilir, etik-normativ çərçivələrə açıq etinasızlıq nümayiş etdirilir, filmdə görkəmli şairə Məhsəti Gəncəvi gəzəyən əxlaqsız qadın kimi təqdim edilir.

Keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suada Qarayeva tərəfindən çəkilən “Məhsəti” qısametrajlı filmi Mədəniyyət Nazirliyi və Kino Agentliyinin təşkil etdiyi “Baku Cinema Breeze 25” Beynəlxalq Film Festivalının proqramından çıxarılıb. Bu barədə rejissor özü məlumat verib.

Suada Qarayeva bildirib ki, Mədəniyyət Nazirliyinin Film Şurası filmə nümayiş lisenziyası verməkdən imtina edib. Səbəb olaraq isə ekran əsərinin “mənəvi dəyərlərə uyğun olmaması” göstərilib.

Film 12-ci əsr şairi Məhsəti Gəncəviyə çağdaş baxış təqdim edir. Süjetdə Məhsəti obrazı klubda spirtli içki içir, rəqs edir və romantik münasibət yaşayır. Rejissora görə, bu yanaşma qadın azadlığı və yaradıcılığına verilən dəyəri ifadə edir. Lakin Bədii Şura filmdə şairənin cəmiyyətə uyğun olmayan formada təqdim olunduğunu əsas gətirərək filmin nümayişini dayandırıb.

Xatırladaq ki, film 2025-ci ilin mayında Kaliforniyada keçirilən “Mammoth Lakes” Beynəlxalq Film Festivalında nümayiş olunub və baş rolda aktrisa Fərqanə Abdulladır.

R.Daşdəmirova

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.