Bu gün, 14:42 0 Cəmiyyət / Gündəm

Vəfat edən şəxsin pensiya kapitalı vərəsəyə ver

Vəfat edən şəxsin pensiya kapitalı vərəsəyə ver
"Dünyasını dəyişən şəxsin pensiya kapitalının istifadəsi məsələsi müzakirə edilən məsələlərdəndir".

ulusum.az Xeberle.com-a istinadən xəbər verir ki, açıqlamasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, parlamentin Əmək və sosial siyasət komitəsinin ilk iclasında bu istiqamətdə həmkarları tərəfindən təkliflər təqdim olunub:

"Təkliflərin bir qismi həmin kapitalın 30%-nin vərəsəyə verilməsi ilə bağlı idi. Pensiya kapitalından daha səmərəli istifadə olunması və dünyasını tez dəyişən vətəndaşlarımızın pensiya kapitalının bir hissəsinin vərəsəsinə transfer edilməsi məqsədəuyğun hesab olunur. Təbii ki, bu istiqamətdə fiskal qiymətləndirmə aparılmasına ehtiyac var. Maliyyə qiymətləndirilməsi aparıldıqdan sonra bu istiqamətdə qərarların verilməsi mümkündür. Bütün hallarda bununla bağlı təkliflər təqdim edilib".

Deputat qeyd edib ki, bu sahəyə aid qurumlar tərəfindən qiymətləndirmə aparıldıqdan sonra hansı qərarın veriləcəyi ilə bağlı aydınlıq yaranacaq: "Bir sıra ölkələrin, eləcə də Sinqapurun təcrübəsini nəzərə alsaq, pensiya kapitalının bir hissəsindən istifadə imkanlarının verilməsi, xüsusilə dünyasını tez dəyişən vətəndaşlarımızın pensiya kapitalının vərəsəsinə transfer imkanlarının yaradılması məqsədəuyğundur. Dövlət Sosial Müdafiə Fondunun dayanıqlığını qorumaq şərtilə qiymətləndirmənin aparılması və ona uyğun qərar verilməsini məqsədəuyğun hesab edirik".

R.Daşdəmirova

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.