Bu gün, 14:15 0 Cəmiyyət / Gündəm

Gəncədə “BakuBus” sürücüsünün əlilə yardımı – Qurma deyilmiş Video

Gəncədə “BakuBus” sürücüsünün əlilə yardımı – Qurma deyilmiş  Video
Son günlər “BakuBus” MMC sürücülərinin əlil arabası ilə hərəkət edən sərnişinlərə yardım etməsi barədə yayılan videoçarxların qurma olması ilə bağlı iddialar sosial şəbəkələrdə ciddi tənqidlərə səbəb olmuşdu.
Ulusum.az-a bölgə müxbiri xəbər verir ki, mövzu ilə bağlı müraciət edən tələbə izləyicimiz isə bunun əksini göstərən yeni görüntü təqdim edib. O bildirib ki, 17 nömrəli marşrut avtobusunun sürücüsü heç bir kamera və çəkiliş olmadan fiziki məhdudiyyətli sərnişinə yardım edir.

Gəncə sakininin sözlərinə görə, həmin fiziki imkanları məhdud şəxs demək olar ki, hər gün bu marşrutdan istifadə edir:

“Bu kişi hər dəfə avtobusa minəndə müxtəlif sürücülərin ona kömək etdiyini görürəm. Halbuki heç bir nümayiş, heç bir kamera yoxdur. Sadəcə insanlıqdır”.

İzləyicinin təqdim etdiyi görüntülərdə sürücünün pandusu açaraq sərnişinin əlil arabası ilə avtobusdan rahat düşməsinə şərait yaratdığı əks olunub.


R.Daşdəmirova

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.