BMT-nin yeni baş naziri kim olacaq? - ADLAR
2026-cı ilin iyulunda BMT-nin yeni baş katibi seçiləcək. Hazırkı baş katib Antoniu Quterreş 2017-ci ildən təşkilata rəhbərlik edir və onun səlahiyyət müddəti gələn il başa çatır.
Yeni rəhbər əvvəlcə BMT Təhlükəsizlik Şurası tərəfindən seçiləcək, daha sonra namizədlik Baş Assambleya tərəfindən təsdiqlənəcək.
Qaydalara görə, bu vəzifəyə seçilmə müddətində məhdudiyyət yoxdur, lakin indiyə qədər heç kim 10 ildən çox baş katib olmayıb.
Ulusum.az xəbər verir ki, ölkələr artıq öz namizədlərini irəli sürməyə başlayıblar.
Argentina Xarici İşlər Nazirliyi Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossinin BMT baş katibi vəzifəsinə namizədliyini rəsmi olaraq açıqlayıb.
Nazirlik Qrossini “parlaq karyerası, diplomatik təcrübəsi və beynəlxalq münasibətlər sahəsində dərin biliyə malik” şəxs kimi xarakterizə edib. Məlumata görə, o, qlobal böhranların və münaqişələrin həllində dialoqa şərait yaradan bacarıqlı diplomat kimi tanınır. Qrossinin ardıcıl iki dəfə MAQATE-nin rəhbəri seçilməsi də onun liderlik keyfiyyətlərinin göstəricisi hesab olunur.
BMT-nin yeni rəhbəri olmaq istəyənlər arasında daha bir tanınmış fiqur var. BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibi Rebeka Grinspan 2026-cı il seçkilərində iştirak etmək niyyətini bildirib.
2026-cı ilin iyulunda keçiriləcək seçkilər BMT üçün mühüm siyasi mərhələ olacaq. Təhlükəsizlik Şurasının seçimi və Baş Assambleyanın təsdiqi ilə müəyyən olunacaq yeni baş katib dünyanı narahat edən münaqişələr, iqlim böhranı və qlobal təhlükəsizlik kimi məsələlərdə həlledici rol oynayacaq.
R.Daşdəmirova

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Bu gün, 09:15
Südlü Düyü Yarması
Mətbəx
Bu gün, 09:00
İspanaq və Bananlı Smuzi
Populyar Xəbərlər
Hikmət Mirzəyev əfsanəvi kəşfiyyatçı Mühüd Orucovun atasını qəbul edib
Müasir Sistem Yorğun İnsan Modelini Gücləndirir: Cəmiyyət Susur, Düzən Güclənir
"Tibbi İstehsalçıların iş forumu" və 11-ci Türk Tibb Dünyası Qurultayı Ankarada keçiriləcək
Honkonqun Tay Po rayonunda yanğın VİDEO
Yasamalda yaşayış binasında yanğın nəticəsində ölənlər var
Noyabrın 22-si – Azərbaycanın ədliyyə orqanlarının yaradılmasının 107-ci ildönümüdür.