Bu gün, 09:12 0 Cəmiyyət / Gündəm

Boşanmadan da aliment almaq mümkündür - Vəkil AÇIQLADI

Boşanmadan da aliment almaq mümkündür - Vəkil AÇIQLADI
Bir çoxları alimentin yalnız boşandıqdan sonra təyin olunduğunu düşünür, lakin bəziləri isə qanunvericilikdə bu barədə daha fərqli yanaşmaların olduğunu deyir. Yəni boşanmadan da aliment almaq olar.

Bəs doğrudan da nikah davam etdiyi halda aliment almaq mümkündür?

Ulusum.az-a açıqlamasında vəkil Araz Nurməmmədov bildirdi ki, boşanmadan aliment almaq mümkündür.

"Aliment əsasən uşaqların mənafeyinə xidmət edən bir faktor olduğuna görə, tərəflərin nikahının pozulub-pozulmaması heç bir əhəmiyyət kəsb etmir. Yəni şəxs nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl də, sonra da aliment tələb etmək hüququna malikdir. Nikahın rəsmi pozulub-pozulmaması, tərəflərin birgə yaşayışına, faktiki ayrılmalarına və ya nikahın pozulmasına görə dəyişiklik yaratmaz. Tərəflərdən biri uşaqla birlikdə yaşayırsa və ya uşaq faktiki olaraq həmin şəxsin himayəsindədirsə, həmin şəxs aliment tələb etmək üçün məhkəməyə müraciət edə bilər. Aliment tələbi həm iddiaçının, həm də cavabdehin yaşadığı yer üzrə verilə bilər", - deyə hüquqşünas qeyd etdi.

R.Daşdəmirova

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.