Bu gün, 18:44 0 Cəmiyyət / Gündəm

London turistlərdən vergi almağa hazırlaşır: Sadiq Xan yeni planı açıqladı

London turistlərdən vergi almağa hazırlaşır: Sadiq Xan yeni planı açıqladı
London meri Sadiq Xan İngiltərə paytaxtında gecələyən ziyarətçilərdən turist vergisi alınması planları barədə danışıb.

Ulusum.az” “BBC News”a istinadən xəbər verir ki, o, ölkədə hazırda müzakirə olunan “İngiltərədə icmaların səlahiyyət və imkanlarının genişləndirilməsi haqqında” qanun layihəsinin Londona gələn turistlərdən vergi alınmasına imkan verəcəyini bildirib.

Təxmini hesablamalara görə, Londonda turist vergisi ildə 240 milyon funt-sterlinqə (təxminən 534 milyon 800 min AZN) qədər gəlir gətirə bilər.

Bununla belə, verginin konkret məbləği açıqlanmayıb.

Qeyd edək ki, İngiltərə hazırda yerli icmalara turist vergisi tətbiq etməyi qadağan edən yeganə G7 (“Böyük Yeddilik”) ölkəsidir.

R.Daşdəmirova


Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.