Dövlət Məşğulluq Agentliyi Qarabağda Özünüməşğulluq Proqramını Genişləndirir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizdə özünüməşğulluq proqramının icrasını davam etdirir.

“Ulusum.az” xəbər verir ki, bu dəfə Ağdam, Ağdərə, Füzuli və Kəlbəcər rayonlarında daha bir qrup şəxsə proqram çərçivəsində “Kiçik dərzi sexi”, “Qadın gözəllik salonu”, “Poliqrafiya xidmətləri” və “Kombi ustası və sanitar qovşağın quraşdırılması xidməti” zərfləri üzrə aktivlər təqdim edilib.
Verilmiş aktivlər hesabına onlar qeyd edilən istehsal və xidmət istiqamətləri üzrə kiçik ailə bizneslərini yaradıblar.

Proqram iştirakçıları onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. Onlar özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını daim genişləndirməyə səy göstərəcəklərini bildiriblər.

İndiyə qədər Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülmüş sakinlərdən artıq 600-dək şəxs özünüməşğulluq proqramının dəstəyi ilə öz kiçik ailə təsərrüfatlarını qurub. Ulusum.az / R.Daşdəmirova

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO