Dünya üzrə xəbərdarlıq: WhatsApp bank troyanı geniş yayılmağa başlayıb
Braziliyada "Ethernidade Stealer" adlı yeni bank troyanının "WhatsApp" vasitəsilə yayılaraq qlobal təhlükəyə çevrilir.
Ulusum.az xarici KİV-ə istinadən xəbər verir ki, masaüstü sistemləri hədəf alan bu zərərli proqram istifadəçilərin maliyyə məlumatlarını oğurlamaq üçün məşhur mesajlaşma platformasından istifadə edir.
Mütəxəssislər bank məlumatlarını paylaşan istifadəçiləri "WhatsApp" çatlarında ehtiyatlı olmağa və bu cür məlumatları dərhal silməyə çağırırlar.
"Infosecurity Magazine"in yaydığı məlumata əsasən, hücum VBScript faylı ilə başlayır. Bu fayl WhatsApp vasitəsilə avtomatik mesajlar göndərir, əlaqələri oğurlayır və fayllar paylaşır.
Mütəxəssislər bu troyanın digər ölkələr üçün də potensial risk daşıdığını bildirirlər. Zərərli proqram Santander, Itaú, Caixa, Bradesco kimi bankları və Binance, MercadoPago kimi platformaları hədəfə alır.
Bu troyan tipik bank viruslarından daha mürəkkəb quruluşa malikdir və C2 server kəşfiyyatı, WhatsApp əlaqələrinin oğurlanması, antivirusdan yayınma və brauzer məlumatlarının toplanması funksiyalarına sahibdir.
R.Daşdəmirova

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO