Naxçıvanda 3 nəfərin ölümü ilə bağlı cinayət işi məhkəməyə göndərildi
Naxçıvanda 3 nəfərin ölümünə səbəb olan hadisə ilə bağlı açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.
“Ulusum.az” Naxçıvan Muxtar Respublikası Prokurorluğuna istinadən xəbər verir ki, Şahbuzda gölməçədə 3 nəfərin boğularaq ölməsi ilə bağlı istintaq olunan cinayət işi məhkəməyə göndərilib.
Naxçıvanda Şahbuz rayonunda 3 nəfərin boğularaq ölməsi ilə bağlı başlanmış cinayət işinin istintaqı başa çatıb. Prokurorluğun məlumatına görə, 2011-ci il təvəllüdlü Ceyran Hüseynova, anası Sevinc Hüseynova və nənəsi Səkinə Məmmədova kustar üsulla hazırlanmış üzən platformanın aşması nəticəsində gölməçədə boğularaq həyatını itirib.
Araşdırmalar zamanı fərdi sahibkar Hikmət Qurbanlının səhlənkarlığının bu faciəyə səbəb olduğu müəyyən edilib. Ona Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Təqsirləndirilən şəxsin barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Şahbuz Rayon Məhkəməsinə göndərilib.
R.Daşdəmirova

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO