Sabunçu Tibb Mərkəzində endoprotez əməliyyatlarının icrasına başlanıldı
TƏBİB-in tabeliyində endoprotez əməliyyatları icra olunan tibb müəssisələrinin sayı 10-a çatıb.
Sabunçu Tibb Mərkəzində endoprotez əməliyyatlarının icrasına başlanılıb. Endoprotez əməliyyatları həyata keçirilən TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin sayı bununla 10-a çatıb. Hazırda bu əməliyyatların aparıldığı müəssisələrin sayının artırılması istiqamətində işlər davam etdirilir. Məqsəd vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsidir.
Bu gündən etibarən Sabunçu Tibb Mərkəzində də endoprotez əməliyyatları uğurla icra olunur. Mərkəzdə ilk belə əməliyyat uğurla tamamlanıb. Əməliyyat 66 yaşlı pasiyent üzərində həyata keçirilib. Pasiyent bud–çanaq oynağının total artroplastikası əməliyyatını icbari tibbi sığorta çərçivəsində alıb.
O, yıxılma nəticəsində sağ bud sümüyünün boyun sınığı diaqnozu ilə tibb mərkəzinə müraciət etmişdi. Müayinələrdən sonra pasiyentə sağ bud sümüyü boynunun subkapital sınığı diaqnozu qoyulub və əməliyyat qərarı verilib.
Cərrahi müdaxilə Travmatologiya–ortopediya şöbəsinin müdiri, ortoped–travmatoloq Turan İskəndərzadə tərəfindən həyata keçirilib. Hazırda pasiyentin vəziyyəti stabildir və müalicəsi davam etdirilir.
Ulusum.az / R.Daşdəmirova

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 17:17
Dünyada ilk gen terapiyası möcüzəsi: 3 yaşlı Oliver Hunter sindromunu demək olar ki, geridə qoydu
Populyar Xəbərlər
İbrahim İlyaslı : “Könül Dəftərim” — yaddaşımızı yaşadan sənədli film VİDEO
Hikmət Mirzəyev əfsanəvi kəşfiyyatçı Mühüd Orucovun atasını qəbul edib
İstanbulun Fatih rayonunda zəhərlənmə şübhəsi ilə baş verən ailə faciəsi ilə bağlı istintaq davam edir
Bir ailənin 4 üzvünün ölüm səbəbi MƏLUM OLDU
Asan və Dadlı Xəmir Resepti VİDEO
Aşıq Namig ATV-də: “Ailə qurduğum qadın sənətə yox, evə aid olmalıdır”