Gəncəli alim beynəlxalq reytinqdə liderliyə yüksəldi
Gəncə şəhərinin və ümumilikdə ölkəmizin elmi nüfuzuna daha bir uğur əlavə olunub.
Ulusum.az-ın məlumatına görə, Gəncənin tanınmış gənc alimi, Elm üzrə Prezident mükafatçısı, Prezident təqaüdçüsü, Yaponiya Elm Cəmiyyətinin, Frankfurt–Höte Universitetinin (Almaniya) və İsveç Kral Akademiyasının üzvü Elnur Həsənov növbəti dəfə dünyanın nüfuzlu elmi bazalarında əsərlərinə ən çox istinad edilən azərbaycanlı gənc alim kimi qeydiyyata alınıb.
2025-ci ilin nəticələrinə əsasən, gənc tədqiqatçının elmi işlərinə “SCOPUS”, “Web of Science” və “Google Scholar” kimi beynəlxalq akademik platformalarda yerli və xarici alimlər tərəfindən 1872 dəfə istinad edilib.
Akademik "InterNational H-index" reytinq platformasında E.Həsənov Azərbaycan alimləri arasında — xüsusilə 40 yaşadək tədqiqatçılar arasında ölkə üzrə 1-ci yerə layiq görülüb. O, ictimai-humanitar elmlər sahəsi üzrə dünyanın elmi nəşrlərində əsərlərinə ən çox istinad edilən gənc azərbaycanlı alim kimi siyahıya başçılıq edir.
Bu göstəricilər, ABŞ, Almaniya, Yaponiya, İraq, İsveç, Böyük Britaniya, Avstriya, Kanada, Hindistan, Pakistan, Rusiya, Fransa, İtaliya və digər ölkələrdə yüksək impakt faktorlu nəşrlərdə türk, ingilis, alman, fransız, italyan, rus, ispan və portuqal dillərində çap olunan 400-dən çox elmi əsər və monoqrafiyanın müəllifi olan Elnur Həsənovun növbəti böyük elmi nailiyyəti hesab olunur.
R.D

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO