Kapital Bank köçürmə və BirBank ödənişləri ilə bağlı şikayətlər artır
Vətəndaşlar bankomat və post-terminal əməliyyatlarında vəsaitlərin hesaba oturmadığını bildirirlər.
Son günlər Kapital Bank vasitəsilə edilən köçürmə və BirBank ödənişləri ilə bağlı şikayətlərin sayı artıb.
Şikayətlərdən birində vətəndaş noyabrın 4-də “Marriot” hotelindəki bankomatdan 200 ABŞ dolları köçürüb, lakin məbləğ hesaba oturmayıb. Vətəndaş “196” qaynar xəttinə müraciət etsə də, araşdırmanın uzadıldığı, yenidən ərizə tələb olunduğu bildirilir.
Oxşar hadisə Pravda.az əməkdaşının da başına gəlib.
O, noyabrın 5-də “BirBank” hesabından 50 manat ödəniş etməyə cəhd edib. Post-terminal əməliyyatı uğursuz göstərsə də, vəsait hesabdan çıxılıb. Bank problemi araşdırsa da, əməliyyatın eyniləşdirilmədiyini əsas gətirərək vəsaitin qaytarılmadığını bildirib.
Ulusum.az xəbər verir ki, son zamanlar Kapital Bank vətəndaşların hesablarından vəsaitlərin itməsinə dair şikayətlərlə gündəmdədir.
Bank 27 noyabrdan etibarən “BirBank” kartları üzrə nağdlaşdırma və köçürmələrə 1 % komissiya tətbiq edəcəyini açıqlayıb.
Sosial şəbəkələrdə bu hadisələrin araşdırılmasının ləngidilməsinin komissiya tətbiqi dövrünə salınmasına hesablandığı iddia olunur.Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
İbrahim İlyaslı : “Könül Dəftərim” — yaddaşımızı yaşadan sənədli film VİDEO
Hikmət Mirzəyev əfsanəvi kəşfiyyatçı Mühüd Orucovun atasını qəbul edib
İstanbulun Fatih rayonunda zəhərlənmə şübhəsi ilə baş verən ailə faciəsi ilə bağlı istintaq davam edir
Bir ailənin 4 üzvünün ölüm səbəbi MƏLUM OLDU
Qan xərçəngi sağalana bilən xəstəlikdir — həkim-onkoloqdan AÇIQLAMA
Asan və Dadlı Xəmir Resepti VİDEO
