Sabah Sumqayıtın bəzi ərazilərində su olmayacaq
Sabah təmir işləri ilə əlaqədar səhər saat 10:00-dan etibarən axşama qədər Sumqayıtın bəzi ərazilərində su olmayacaq.
Ulusum.az xəbər verir ki, bu barədə Sumqayıt Sukanal İdarəsinin məlumatında deyilir.
Bildirilib ki, Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq, noyabrın 19-da saat 10:00-dan axşam saatlarınadək şəhərin bir neçə ərazisində suyun verilməsində müvəqqəti fasilə olacaq.
Məhdudiyyətlər şəhərin 12-3-4, 5-6, 7-8-12, 14, 15-17, 16-18, 19-20-21, 29-30-32, 39, 40, 41, 42, 41A, 43-44-46, 4-cü məhəllə, həmçinin "Qızılqum" yaşayış massivi, İnşaatçılar qəsəbəsi, Sənaye məhəlləsi, Baxçaşəhər Sülh küçəsi, Xəzər sahili küçələri, eləcə də 1, 3 və 4-cü mikrorayonların bir hissəsi, 8, 9 və 10-cu mikrorayonlarda müşahidə olunacaq və təqribən 30 min abonenti əhatə edəcək.
Suyun verilişi təmir işləri başa çatdıqdan sonra tədricən bərpa olunacaq.
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Xaçmazda “Şanlı Zəfər Tariximiz” adlı anım tədbiri keçirilib
Erzurumda Asayiş Tədbirləri Gücləndirildi: Polis Rəhbərliyi Gecə-Gündüz Sahədə
Söz yox, niyyət və düşüncə təsir edir
Ege İSPİRDER İzmirdə Rəsmi Açılışını Etdi
Qaradağda dəhşətli yanğın: 4 nəfər həyatını itirdi - 4 nəfər öldü VİDEO
Ağstafa RİH başçısı Seymur Orucov tanınmış şair Qurban Həmid oğlu ilə görüşüb
