Zəngilanda Əlaqələndirmə Qərargahının 5 illik fəaliyyəti müzakirə olunub
Zəngilan şəhərində Əlaqələndirmə Qərargahının 5 illik fəaliyyətinə həsr olunmuş iclas keçirilib
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Zəngilan şəhərində Qərargahın 5 illik fəaliyyətinə həsr olunmuş iclası keçirilib.

Zəngilan şəhərində Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Əlaqələndirmə Qərargahının 5 illik fəaliyyətinə həsr olunmuş iclas keçirilib.

Tədbirdə “Böyük Qayıdış” Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərinin nəticələri təqdim edilib.

Son 5 ildə azad olunmuş ərazilərdə 569 tədbir keçirilib, 177 layihənin təməli qoyulub və 167 obyekt istifadəyə verilib. 240 min hektar ərazinin mina və sursatlardan təmizləndiyi, 3 hava limanı, onlarla tunel, körpü və yüzlərlə kilometr yolun inşa olunduğu bildirilib.

Bölgədə sənaye parkları fəaliyyətə başlayıb, 1000-dən çox iş yeri yaradılıb, kənd təsərrüfatı, enerji və sosial infrastruktur sürətlə inkişaf etdirilib.

Hazırda 62 mindən çox insan işğaldan azad edilmiş ərazilərdə yaşayır və çalışır. İclas zamanı görüləcək növbəti tədbirlər, koordinasiya və şəffaflıq prinsiplərinin önəmi vurğulanıb.

Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Xaçmazda “Şanlı Zəfər Tariximiz” adlı anım tədbiri keçirilib
Erzurumda Asayiş Tədbirləri Gücləndirildi: Polis Rəhbərliyi Gecə-Gündüz Sahədə
Söz yox, niyyət və düşüncə təsir edir
Ege İSPİRDER İzmirdə Rəsmi Açılışını Etdi
Qaradağda dəhşətli yanğın: 4 nəfər həyatını itirdi - 4 nəfər öldü VİDEO
Ağstafa RİH başçısı Seymur Orucov tanınmış şair Qurban Həmid oğlu ilə görüşüb
