Bu gün, 09:00 0 Cəmiyyət / Gündəm

“Yeni təyin olunan kadr Naxçıvana bələdçidir” – deputatdan təyinat şərhi

“Yeni təyin olunan kadr Naxçıvana bələdçidir” – deputatdan təyinat şərhi
Milli Məclis komitə sədri Fazil Mustafa Naxçıvanda yeni səlahiyyətli nümayəndənin təyinatını şərh edib: «Ölkə başçısı daha yaxşı məlumata malikdir»

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib.[b]

Onun yerinə Ceyhun Ramiz oğlu Cəlilov bu vəzifəyə təyin olunub.

Qeyd edək ki, sərəncamdan sonra sosial şəbəkələrdə Fuad Nəcəflinin Naxçıvandakı fəaliyyəti ilə bağlı narazılıqlar geniş müzakirə olunub.

Milli Məclisin komitə sədri Fazil Mustafa Ulusum.az-a açıqlamasında bildirib ki, Naxçıvanın blokada şəraitində yaşaması fonunda orada müxtəlif obyektiv və subyektiv problemlər mövcud idi.

“Bu mövzuda müəyyən narahatlıqlar və narazılıqlar var idi. Prezident belə bir qərar veribsə, deməli, məsələ kifayət qədər ciddi olub. Yeni təyin olunan şəxs Naxçıvanı tanıyan və bölgənin spesifikasına bələd olan bir kadrdır.

Ümid edirəm ki, o, mövcud boşluqları vaxtında görərək daha düzgün və səmərəli fəaliyyət göstərəcək, Naxçıvanın inkişafına töhfə verəcək,” – deyə millət vəkili qeyd edib.

[b]R.İkramlı.


Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.