Bu gün, 09:14 0 Cəmiyyət / Gündəm

Rubio: Yardımın Dayandırılması Suriyanı Yeni Müharibəyə Aparır

Rubio: Yardımın Dayandırılması Suriyanı Yeni Müharibəyə Aparır
ABŞ dövlət katibi Marko Rubio xəbərdarlıq edib ki, Suriyaya xarici yardımın dayandırılması ölkənin tam miqyaslı vətəndaş müharibəsinə və idarəolunmaz bölgəyə çevrilməsinə səbəb ola bilər.

Ulusum.az xəbər verir ki, Rubio bu fikirləri Kanadanın Ontario əyalətində G7 ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra jurnalistlərə açıqlamasında səsləndirib.

“Olar, suriyalılara uğur qazanmaq üçün bütün imkanları təqdim etməliyik. Əks halda, Suriya tam vətəndaş müharibəsinə yuvarlanacaq və idarəolunmaz əraziyə çevriləcək. Bu, yeni və daha geniş müharibəyə yol aça bilər”, – Rubio vurğulayıb.

R.İkramlı

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.