Pierce Brosnan 20 il sonra oğlu ilə barışdı – ailə yeməyi ürəkləri birləşdirdi
Məşhur aktyor uzun illər sonra oğluyla görüşərək ailə bağlarını yenidən qurdu
72 yaşlı Pierce Brosnan, uzun illər küs olduğu oğlu ilə 20 il sonra barışaraq ailə yeməyində bir araya gəldi
Uğurlu karyerası, sevən həyat yoldaşı və xoşbəxt ailəsi olsa da, aktyor illərdir ürəyində daşıdığı bu küskünlüyün ağrısını yaşayırdı.
Brosnan bu görüşlə həyatındakı ən dərin yaralardan birini sağaltmağa nail oldu. Barışıq, onun ailə bağlarını daha da gücləndirdi. Görüşün təşəbbüskarı isə onun digər oğlu Dylan oldu. Bu evlilikdən aktyorun 28 yaşlı Dylan və 23 yaşlı Paris adlı iki oğul övladı var.
Pierce Brosnan və həyat yoldaşı Keely Shaye Smith-in xoşbəxtliyi artıq dillərə dastan olub. Əslində, bu evlilik onun həyatındakı sarsıntılardan sonra yeni bir başlanğıc oldu və yaşadığı bir çox ağrını unutdurdu.
Görünür ki, aktyor son günlərdə həyatının ən böyük ürək ağrılarından birinə də çarə tapmağı bacarıb. Vaxtilə pis vərdişlərindən əl çəkmədiyi üçün əlaqəni kəsdiyi böyük oğlu Christopher ilə nəhayət ki, barışıb.
Bu görüş, 20 ildən sonra Keely ilə olan evliliyindən doğulan oğlu Dylan sayəsində baş tutub. Şahidlərin dediyinə görə, ata və iki oğlu yeməkdən xoşbəxt ayrılıblar.
Ulusum.az / R.İkramlı
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Bu gün, 11:15
Diyetik Menyu
Populyar Xəbərlər
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Masturbasiya: Zərərli, yoxsa Faydalı? – Androloq Azər Mirzəyev
Şair-qiraətçi Müşfiqə Baləddin "Atam nə vaxt gələcək?"... VİDEO
Mətbuat Şurası Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı
8 Noyabr — Zəfər Günüdür!
Zəfərin Tarixi: 8 Noyabr VİDEO
