Bu gün, 09:00 0 Cəmiyyət / Gündəm

Ərdoğan şəhid hərbçinin atasına zəng etdi

Ərdoğan şəhid hərbçinin atasına zəng etdi
Prezident Rəcəb Tayyib Ərdoğan şəhid İlker Aykutun atası ilə telefonla danışaraq başsağlığı verib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanda qəzaya uğrayan hərbi yük təyyarəsində şəhid olan Hava Təyyarə Texniki Başçavuşu İlker Aykutun atası Ünal Aykutla telefonla əlaqə saxlayaraq ona başsağlığı verib.



Şəhidin Tekirdağın Muratlı bölgəsində yaşayan ailəsinə çox sayda insan baş çəkərək həmrəylik nümayiş etdirib. AK Partiya Tekirdağ millət vəkili Mestan Özcan da ailəni ziyarət edərək Ünal Aykuta başsağlığı diləklərini çatdırıb.

Daha sonra o, Prezident Ərdoğanı telefonla axtararaq, şəhid atasını onunla danışdırıb.

Ulusum.az xəbər verir ki, telefon danışığında Prezident Ərdoğan acılı ataya belə müraciət edib:

"Allah sizə səbir versin. Bütün ailəyə başsağlığı diləklərimi çatdırın. Onlar şəhidlik zirvəsindədir, Peyğəmbərimizə qonşudurlar. Allah yardımçımız olsun, məkanı cənnət olsun, inşallah."


Baba Aykut da “Vətənimiz sağ olsun. Allah hər kəsdən razı olsun," ifadəsini işlədib.

Ərdoğan şəhid hərbçinin atasına zəng etdi


Ulusum.az / R.İkramlı


Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.