Balina Vadisi – Dəniz Canlılarının Qədim Tarixi
Səhrada Balinalar: Unikal Balina Vadisi
Misirin əl-Fayum bölgəsində yerləşən Balina Vadisi qədim balina fosilləri və səhranın ecazkar mənzərəsi ilə dünyanın ən maraqlı yerlərindən biridir
1903-cü ildə kəşf edilən Balina Vadisi 2005-ci ildən YUNESKO-nun Ümumdünya İrs siyahısına daxildir. Bölgə qədim balina fosillərinin qorunub saxlanması ilə tanınır.
400-dən çox fosil aşkarlanıb
Qahirədən 130 km aralıda yerləşən ərazidə indiyədək 400-dən çox dəniz canlısının fosili tapılıb. Bura həm gündüz, həm də gecə ziyarətçilər üçün maraqlı təbiət mənzərələri təqdim edir.
Qədim dənizdən səhra mənzərəsinə
Ərazi vaxtilə 30 metr dərinliyində dəniz olub. Bu gün isə eroziya nəticəsində səhraya çevrilib və füsunkar qaya formaları ilə fərqlənir.
Balinaların təkamülü sənədləşdirilib
Burada tapılan qalıqlar balinaların qurudan dəniz həyatına keçidini sübut edən yeganə elmi sübutlardandır.
Elmi və ekoloji əhəmiyyəti böyükdür
Mütəxəssislər Balina Vadisini həm təbiət, həm də təkamül baxımından unikal sayır. Burada iqlim dəyişikliyi ilə bağlı mühüm məlumatlar da toplanıb.
Səhra gecələri və astronomiya
Balina Vadisi gecələr ulduz müşahidəsi və düşərgə üçün ideal şərait yaradır. Səmanın ən parlaq göründüyü yerlərdən biri hesab olunur.
Fosillər və İqlim Dəyişikliyi Muzeyi
2016-cı ildə açılmış muzeydə 195-dən çox fosil nümayiş olunur. Muzey həm təkamül, həm də iqlim dəyişikliyini izah edən yeganə nümunədir.
Elm və təbiətsevərlər üçün unikal məkan
Balina Vadisi elmi araşdırmalar, ekoloji maarifləndirmə və turizm baxımından misilsiz təcrübə təqdim edir.

Ulusum.az /R.İkramlı
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
