Bu gün, 19:27 0 Cəmiyyət / Gündəm

Elnur Zeynalov: Xalq və əməkdar artistlər millətin sənət yaddaşıdır

Elnur Zeynalov:      Xalq və əməkdar artistlər millətin sənət yaddaşıdır
Əməkdar artist Elnur Zeynalov efirdə sənətə və sənətkara göstərilən hörmətin önəmini vurğuladı

Əməkdar artist Elnur Zeynalov bir televiziya proqramında çıxışı zamanı sənətə və sənətkarlara olan münasibətə toxunaraq cəmiyyətə mühüm mesaj verdi


O bildirdi ki, Xalq artistləri və Əməkdar artistlər bu millətin sənət yaddaşıdır və onlara qarşı göstərilən hörmət əslində, özümüzə olan hörmətdir:

"Xalq artistləri və əməkdar artistlər haqqında danışarkən hörmətlə yanaşmaq lazımdır. Onlar bu millətin sənət yaddaşıdır. Unutmayaq: sənətə və sənətkara hörmət, əslində, özümüzə olan hörmətdir."

Ulusum.az xəbər verir ki, Zeynalovun bu fikirləri sənət cameəsində və cəmiyyətin müxtəlif təbəqələrində rezonans doğurub.
O, həmçinin qeyd edib ki, bəzi şəxslər sosial şəbəkələrdə sənətkarları tənqid edərkən sərhədi aşır və bu, qəbulolunmazdır. Dövlət tərəfindən verilən fəxri adlara qarşı hörmətsizlik göstərmək heç kimin ixtiyarında deyil.

Əməkdar artistin sözlərinə görə, sənətə layiqincə dəyər verilməli və onu təmsil edən sənətkarlar qorunmalıdır. Çünki onlar bu xalqın mədəni kimliyini yaşadan və gələcək nəsillərə ötürən insanlardır.

Ulusum.az / R.İkramlı

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.