Dünya liderləri Trampı iqlim fəaliyyətsizliyinə görə hədəfə alırlar
COP30 Sammiti Ərəfəsində Tramp İqlim Məsələsində Tənqid Atəşinə Tutuldu. Braziliya prezidenti Lula qlobal iqlim sammitində dünya liderləri qarşısında çıxış edərkən "ekstremist qüvvələr" barədə xəbərdarlıq edib
Dünya liderləri ABŞ prezidentini iqlim elmini inkar etdiyinə görə sərt tənqid etdilər
COP30 sammiti öncəsi ABŞ prezidenti Donald Tramp iqlim dəyişikliyi ilə bağlı sərt mövqeyinə görə bir sıra dünya liderləri tərəfindən tənqid olunub.
Belem şəhərində keçirilən sammitdə iştirak etməyən Tramp, Kolumbiya və Çili liderləri tərəfindən “yalançı” adlandırılıb.
Böyük Britaniyanın Baş naziri Ser Keir Starmer isə iqlim dəyişikliyi ilə bağlı siyasi konsensusun zəiflədiyini bildirib.
Sammitdə meşələrin qorunmasına yönələn maliyyə dəstəyi və yeni iqlim sazişləri müzakirə olunsa da, əsas dövlətlər - ABŞ, Çin, Hindistan və
Rusiya liderləri iştirak etməyiblər. Tramp sentyabrda BMT-dəki çıxışında iqlim dəyişikliyini “bütün dövrlərin ən böyük saxtakarlığı” adlandıraraq bərpa olunan enerjiyə qarşı çıxıb.
Ulusum.az xəbər verir ki, Braziliya prezidenti Lula da Silva ekstremist qüvvələrin saxta xəbərlərlə gələcək nəsilləri riskə atdığını deyib. Çili və Kolumbiya isə dünya ictimaiyyətini ABŞ-ın iqlim fəaliyyətindən uzaqlaşmasını qəbul etməməyə çağırıblar.
Liderlərin tənqidi səslənsə də, sammitdə real nəticələrə nail olmaq çətin görünür – bir çox ölkə karbon emissiyalarını azaltmaq üçün konkret plan təqdim etməyib.

Ulusum.az / R.İkramlı
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
