Yonca Evcimikdən Möhtəşəm Geri Dönüş – “Lambada” Partisi İstanbulda
Pop musiqisinin siması olan Yonca Evcimik yeni “Lambada” mahnısını xüsusi gecədə qeyd etdi
Türkiyənin pop musiqi səhnəsində iz buraxan Yonca Evcimik yenidən musiqi dünyasına qayıtdı.
O, yeni “Lambada” mahnısını İstanbulun Ernests Barında təşkil etdiyi əyləncəli tədbirlə qeyd etdi. Evcimik gecəyə rəqqaslarla birlikdə səhnəyə hazırladığı xüsusi xoreoqrafiya ilə damğa vurdu.
Gecə boyu enerji dolu performansı ilə diqqət çəkən sənətçi qonaqlarına unudulmaz anlar yaşatdı.
Məşhur dostları Yeliz, Faruk K, Zeyno Gönenç və digər sənətçilər onu bu önəmli gecədə yalnız buraxmadı. Yonca Evcimik öz görünüşünü və gənc qalmağını sənətə və yaradıcı olmağa borclu olduğunu bildirdi.
Ulusum.az xəbər verir ki, azad ruhlu və enerjili qadın obrazını qoruyub saxlayan sənətçi, yeni layihələri ilə də gündəmdə qalacağını açıqladı. “Lambada” mahnısı artıq bütün rəqəmsal platformalarda dinləyicilərin ixtiyarına verilib.
Musiqisevərlər Evcimikin bu yeniliyini böyük maraqla qarşılayıb. Bu dönüş həm sənətçi, həm də dinləyicilər üçün sevinc dolu hadisəyə çevrilib.
Ulusum.az / R.İkramlı
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
