Trabzon ilə Soçi arasında dəniz körpüsü quruldu
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi Trabzon Limanı ilə Rusiyanın Soçi Limanı arasında sərnişin reyslərinin yenidən başladığını elan edib
SEABRIDGE adlı Ro-Ro tipli gəmi ilk səfərini 5 noyabr tarixində Trabzondan həyata keçirib
ANKARA (İGFA) – Qara dənizdə ticarət və turizmi canlandıracaq yeni bir addım atılıb. Nazirliyin açıqlamasına görə, Trabzon və Soçi limanları arasında sərnişin daşımaları yenidən başlayıb.
QlobalBakışın Ulusum.az-a verdiyi xəbərə əsasən,, dənizçilik Baş İdarəsi tərəfindən SEABRIDGE adlı Ro-Ro sərnişin gəmisinə müntəzəm səfərlər üçün icazə verilib. İlk səfər 5 noyabr 2025-ci il, çərşənbə günü saat 23:00-da Trabzon Limanından baş tutub.
SEABRIDGE gəmisi 473 sərnişin və 150 nəqliyyat vasitəsi daşımaq gücünə malikdir və ilkin mərhələdə sərnişin daşımaları ilə fəaliyyətə başlayıb.
Nazirlik qeyd edib ki, Trabzon–Soçi xətti Qara dənizdə ticarətə və turizmə yeni bir dinamika qazandıracaq.
Ulusum.az / Rİkramlı
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 12:00
Sirkəli su göbələyi yox edir?
Populyar Xəbərlər
“Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı”: Türk Dünyasında Yaradıcı Körpü VİDEO
“Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı”: Türk Dünyasında Qlobal Sənət Körpüsü
Harun Çiçi: Saç Üzərində Yaradıcılıq və Emosional Portretlərin Ustası
Səmərqənd – Registan Meydanı VİDEO
Aysel Xanlarqızı Safarlı – Poeziyada Millət və Duyğuların Səsi - VİDEO
İlan Dəri Fabrikasının İçərisində: İlan Dərisindən Brendlər - VİDEO
