Bu gün, 10:03 0 Cəmiyyət / Gündəm

Yunus Oğuz: “8 Noyabr yalnız Azərbaycanın deyil, bütün türk dünyasının Zəfər Günüdür”

Yunus Oğuz: “8 Noyabr yalnız Azərbaycanın deyil, bütün türk dünyasının Zəfər Günüdür”
Yunus Oğuzun “Cığır” Romanı Dövlət Mükafatına Namizədliyini Qazanıb

Yazıçı-publisist Yunus Oğuzun tarixi romanı “Cığır” gənclərdə vətənpərvərlik ruhunun yüksəlməsində və 44 günlük Vətən müharibəsinin təbliğində böyük rol oynayır



Çağdaş tarixi romançılıq sahəsində yazıçı-publisist Yunus Oğuzun yaradıcılığı Azərbaycan ədəbiyyatında xüsusi yer tutur. Onun “Nadir şah”, “Təhmasib şah”, “Sultan Alp Arslan”, “Əmir Teymur”, “Atabəy Eldəniz”, “Uçurum” və xüsusilə “Cığır” kimi tarixi romanları milli romançılıq tariximizdə önəmli rola malikdir.

Yunus Oğuzun “Cığır” tarixi romanı həm gənclər arasında vətənpərvərliyin təşviqinə, həm də 44 günlük Vətən müharibəsinin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizənin təbliğinə böyük töhfə verir.

Yunus Oğuz: “8 Noyabr yalnız Azərbaycanın deyil, bütün türk dünyasının Zəfər Günüdür”


Bu əsər Azərbaycan Respublikasının Elm, Mədəniyyət və Ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasına namizədliyi irəli sürülərək, Dövlət mükafatına layiq görülməsi üçün təqdim edilib. Namizədlik Azərbaycan Atatürk Mərkəzi tərəfindən məqsədəuyğun hesab olunub.


“Cığır” romanında Şuşa şəhərinin inşasının 270 illiyi, Pənahəli xanın Şuşa qalasını tikməsi və Şuşa qalasına gedən cığırın tədqiqi tarixi xronoloji ardıcıllıqla verilir. Romanda ermənilərin Şuşanı işğal etmək üçün qurduğu planlar, Aprel döyüşləri və 44 günlük Vətən müharibəsinin tarixi anları geniş təsvir olunur.

Yazıçı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin zəfərini və xalqın mərdliyini ustalıqla əks etdirir.



Yunus Oğuzun əsərlərində tarixi hadisələr canlı və dolğun şəkildə təsvir olunur, bu da oxucuda dərin maraq və milli qürur hissi oyadır. O, yalnız faktları təqdim etməklə kifayətlənmir, eyni zamanda onların mənəvi və ictimai əhəmiyyətini vurğulayır.

“Cığır” romanı xüsusilə Azərbaycanın müasir tarixində dönüş nöqtəsi sayılan 44 günlük Vətən müharibəsini geniş və təsirli şəkildə əks etdirir. Bu əsər vasitəsilə gənclər Azərbaycanın qəhrəmanlıq tarixini daha yaxından tanıyır və vətənə bağlılıq hissi artır.

Ulusum.az xəbər verir ki, yazıçının əsərləri eyni zamanda türk dünyasının ortaq tarix və mədəniyyətinə bağlılığın güclənməsinə xidmət edir.

TÜRKSOY-un Onur nişanı ilə təltifi isə onun türk mədəniyyətinə verdiyi töhfənin beynəlxalq səviyyədə tanındığını göstərir


Ulusum.az / R.İkramlı

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.