Azərbaycan Tələbə Liqasının 2025/2026 mövsümünə start verilib
Noyabrın 1-də ali təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə Azərbaycan Tələbə Liqasının 2025/2026 mövsümünə start verilib
Liqanın A qrupunda mübarizə aparan Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Mühəndislik Universitetinin komandalarının qarşılaşması olub, oyun 1:6 hesabı ilə başa çatıb.
Daha sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandası Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının komandasına 6:0, Bakı Dövlət Universitetinin komandası Milli Aviasiya Akademiyasının komandasına 3:1 hesabla qalib gəlib.
Liqanın B qrupunda qarşılaşan Odlar Yurdu Universitetinin komandası Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandasına 0: 6 hesabla məğlub olub. Azərbaycan Dövlət İqtisad Universitetinin komandası Bakı Slavyan Universitetinin komandasına 7:1, Bakı Ali Neft Məktəbinin komandası Azərbaycan Tibb Universitetinin komandasına 4:0 hesabla qalib gəlib.
Qeyd edək ki, Azərbaycan Tələbə Liqası Elm və Təhsil Nazirliyi, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilir.
14 ali təhsil müəssisəsinin komandasının mübarizə apardığı turnirə 2026-cı ilin may ayında yekun vurulacaq. Yarışlarda I, II, III yerləri tutan komandalar medal, pul mükafatı, çempion komanda kubok ilə, liqada fərqlənən 3 tələbə-futbolçu isə “Ən yaxşı qapıçı”, “Ən yaxşı müdafiəçi” və “Ən yaxşı oyunçu” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunacaq.
Liqanın keçirilməsində məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında futzal idman növünün təbliği, perspektivli idmançıların aşkar edilməsi, bu idman növünə marağın artırılması və tələbələrdən ibarət yığma komandanın formalaşdırılmasından ibarətdir.
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Ulusum Tv
Dünən, 22:00
Qəbələdə Nic kəndi – Udilər və onların Qədim Xristian İrsini Kəşf Edin - VİDEO
Mətbəx
Dünən, 19:21
1 ədəd fileylə 5 porsiyalı makaron yeməyi
Mətbəx
Dünən, 17:30
Evdə Sadə Çiyələkli Tiramisu - VİDEO
Populyar Xəbərlər
“Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı”: Türk Dünyasında Qlobal Sənət Körpüsü
Harun Çiçi: Saç Üzərində Yaradıcılıq və Emosional Portretlərin Ustası
Səmərqənd – Registan Meydanı VİDEO
Taşkəndin Tarixi İncisi – Baraxon Mədrəsəsi və Çorsu Bazarı - VİDEO
Könül Dəftərim: Şamaxının yaddaşında iz buraxan bir ailə dastanı -VİDEO
İlan Dəri Fabrikasının İçərisində: İlan Dərisindən Brendlər - VİDEO
