Almaniyada ordu əraziləri yenidən hərbi istifadəyə qayıdır
Ulusum.az xəbər verir ki, Almaniyanın Müdafiə Nazirliyi ölkədəki keçmiş hərbi ərazilərin mülki istifadəyə verilməsi prosesini dayandırıb.
Ulusum.az “Tagesschau” xəbər xidmətinə istinadən bildirilib ki, qərarın əsas səbəbi Almaniya ordusunun — Bundesverin genişləndirilməsi və əlavə hərbi obyektlərə olan tələbatın artmasıdır.
İlkin mərhələdə qərar 187 keçmiş hərbi ərazini əhatə edir.
Ulusum.az xəbər verir ki, bu ərazilər Əmlak Məsələləri üzrə Federal Agentliyə məxsusdur və Bundesver tərəfindən istifadəyə yararlı hesab olunur.
Bundan əlavə, daha əvvəl bağlanması planlaşdırılan 13 mövcud hərbi obyekt, o cümlədən Berlində yerləşən Tegel aeroportunun bir hissəsi də strateji ehtiyat fondu kimi saxlanılacaq.
Zərurət yaranarsa, bu obyektlər qısa müddətdə yenidən Bundesverin istifadəsinə veriləcək.
Xatırladaq ki, Almaniyada hərbi ərazilərin mülki istifadəyə verilməsi prosesi 1990-cı illərdə, “Soyuq müharibə”nin sona çatması və ordunun ixtisarından sonra başlamışdı.
Ulusu.az xəvər verirki, 2010-cu illərdə isə ümumi hərbi xidmətin ləğvindən sonra bu proses daha da sürətlənmişdi.
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
