Dünən, 10:00 0 Cəmiyyət / Gündəm

Tovuzda adı olmayan kənd – rəsmi sənədlərdə yer almayan yaşayış məntəqəsi

Tovuzda adı olmayan kənd – rəsmi sənədlərdə yer almayan yaşayış məntəqəsi

Tovuzda adı olmayan kənd – rəsmi sənədlərdə yer almayan yaşayış məntəqəsi


Tovuz rayonunun Qəribli inzibati ərazi dairəsinə daxil olan bir yaşayış məntəqəsinin heç bir adı yoxdur.

Bu əraziyə insanlar illərdir köçüb, ev tikib, yaşayırlar, lakin rəsmi sənədlərdə kəndin adı keçmir.

Məntəqənin sakinləri burada yaşadıqlarını sübut etməkdə çətinlik çəkir, kommunal xidmətlər, yol və digər infrastruktur məsələlərində geridə qalırlar.

Ərazidə yaşayanların bəziləri şəxsiyyət vəsiqələrində yaşayış yeri kimi yaxınlıqdakı başqa kəndlərin adlarını qeyd etdirirlər.

Xəzər Xəbər-ə istinadən ulusum.az xəbər verir ki, adı olmayan bu kənd rəsmi tanınmadığı üçün burada yaşayan əhali dövlət dəstəyi və sosial layihələrdən də kənarda qalır.

Məsələ ilə bağlı aidiyyəti qurumların münasibəti gözlənilir.



R.Daşdəmirova

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.