Bu gün, 10:00 0 Cəmiyyət / Gündəm

Azərbaycanda ilk dəfə meyitdən orqan köçürülməsi uğurla həyata keçirildi

Azərbaycanda ilk dəfə meyitdən orqan köçürülməsi uğurla həyata keçirildi

Cənubi Qafqaz regionunda ilk dəfə olaraq aparılan bu əməliyyat nəticəsində bir neçə pasiyent yeni həyata qovuşdu – Dr. Mircəlal Kazıminin rəhbərliyi ilə icra edilən transplantasiya Azərbaycanın səhiyyəsində mühüm mərhələdir.



Azərbaycanda və bütövlükdə Cənubi Qafqaz regionunda ilk dəfə meyitdən orqan köçürülməsi uğurla icra olunub. Mərkəzi Gömrük Hospitalının həkimi, Dr. Mircəlal Kazımi bu əməliyyatın ölkə səhiyyəsi üçün tarixi əhəmiyyət daşıdığını bildirib.

Artıq bir neçə pasiyent meyitdən alınan qaraciyər, böyrək və buynuz qişası köçürülməsi ilə sağlamlıqlarına qovuşublar. Qafqazda tibbi sahədə bu irəliləyiş önəmli dönüş nöqtəsi hesab olunur.

Dr. Kazımi Ulusum.az-a bildirib ki, orqan transplantasiyası Azərbaycanda 1970-ci illərdən etibarən həyata keçirilir və uğurla davam etdirilir. 2008-ci ildə isə Cənubi Qafqaz və Orta Asiyada ilk qaraciyər transplantasiyası ölkəmizdə baş tutub.

Bu uğurlar Səhiyyə Nazirliyi və TƏBİB-in dəstəyi ilə mümkün olub. Artıq ölkədə beyin ölümü sonrası orqan bağışlanması ilə bağlı pozitiv təcrübə formalaşıb və 600-dən çox vətəndaş sağlığında orqanlarını bağışlamağa razılıq verib. Fevralda baş verən oxşar hadisədə qaraciyər sirrozlu pasiyentə meyitdən alınan qaraciyər köçürülüb.

Ulusum.az/Bugün.az

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.