Avtomobildə başlayan yanğın YPX əməkdaşlarının çevikliyi sayəsində söndürüldü
Paytaxt sakini Gülağa Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hərəkətdə olarkən nəqliyyat vasitəsinin mühərrikində yanğın müşahidə edilib.
İlk növbədə digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin edən YPX Alayının əməkdaşlarının çevikliyi sayəsində şiddətlənən alov söndürülüb, avtomobilin tamamilə yanaraq sıradan çıxmasının qarşısı alınıb.
Baş Dövlət Yol Polisi İdarəsindən ulusum.az-a xəbər verirlər ki, xüsusilə yay aylarında analoji hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha sürücülərdən avtomobillərinin texniki sazlığını daim diqqət mərkəzində saxlamağı, uzaq səfərlərdən öncə onları texniki müayinədən keçirməyi xahiş edir.
Çıxılmaz vəziyyətə düşməməyi, zərərə uğramamağı və ən önəmlisi sağlamlığımızın güvəndə olmasını arzu ediriksə yaşanan acı təcrübələri unutmamalıyıq!
R.D
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 17:30
Mədəni Uzun Müddət Tox Saxlayan 4 Qida
Cəmiyyət
Dünən, 15:46
Sabiq icra başçısının oğlu adam güllələdi
Cəmiyyət
Dünən, 15:30
Özbəkistanda Azərbaycan səsi eşidildi!
