Polis piyadaların hərəkətinə çətinlik yaradan sürücülərə bir daha çağırış etdi
Piyada səkilərində nəqliyyat vasitələrinin saxlanılması halları ilə bağlı polisə edilən müraciətlər əsasında profilaktik tədbirlər davam etdirilir.
Növbəti tədbir zamanı paytaxtın Yasamal rayonunda yerləşən piyada səkilərində avtomobilləri park edən sürücülərlə maarifləndirici söhbətlər aparılıb.
Ulusum.az xəbər verir ki, səkilərdə maşınların saxlanılması piyadaların yolun hərəkət hissəsinə çıxmasına səbəb olur. Bu isə onların həyat və sağlamlığını real təhlükə altında qoyur.
Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, dayanma-durma və parklanma tələbləri ilə bağlı qanunlara düzgün əməl edilməlidir. Piyada səkilərində avtomobillərin saxlanılması qanun pozuntusu olmaqla bərabər sürücü intizamsızlığı kimi də qiymətləndirilir.
Sonda bir daha nəzərə çatdırırıq ki, polis əməkdaşları tərəfindən paytaxt ərazisində analoji tədbirlər davam etdiriləcək.
My Webpage
R.D
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 14:01
Gizli Aclıq Nədir?
Mətbəx
Dünən, 12:12
Künefe Sevənlər Üçün Fərqli Resept
Populyar Xəbərlər
Müasir Sistem Yorğun İnsan Modelini Gücləndirir: Cəmiyyət Susur, Düzən Güclənir
Daşkənd Beynəlxalq Turizm Sərgisində robot rəqs etdi
Söz yox, niyyət və düşüncə təsir edir
"Tibbi İstehsalçıların iş forumu" və 11-ci Türk Tibb Dünyası Qurultayı Ankarada keçiriləcək
Humus Resepti – Evdə Asan Hazırlanan Sağlam Noxud Əzməsi - VİDEO
Ərzurumun bir qüruru daha…
