Azərbaycanda internet abunəçilərinin sayı açıqlanıb — Bakı liderdir

Ölkədə internet istifadəçilərinin yarıdan çoxu paytaxtda cəmlənib
Ulusum.az “Ookla” şirkətinin dərc etdiyi məlumata görə xəbər verir ki, , 2025-ci ilin fevral ayının əvvəlinə Azərbaycanda ümumi internet abunəçilərinin sayı üzrə Bakı şəhəri lider mövqedə qərarlaşıb. Belə ki, paytaxtda 1 milyon 167 min internet abunəçisi qeydə alınıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 53,02 faizini təşkil edir.
İkinci yerdə qərarlaşan Gəncə şəhərində isə 47 min 444 internet abunəçisi mövcuddur (2,15%). Mingəçevirdə isə bu rəqəm 20 min 867 abunəçi ilə qeyd alınıb.
Rəqəmlər göstərir ki, internet xidmətlərinə tələbat əsasən böyük şəhərlərdə daha yüksəkdir. Bu da həmin regionlarda əhalinin sıxlığı və texnoloji imkanlarla birbaşa əlaqələndirilir.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər