Qrip peyvəndlənməsi pulsuz və könüllüdür - TƏBİB rəsmisi
“Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən, oktyabr ayından peyvəndləmə kampaniyasına başlanılır. Biz də bu prosesi könüllü şəkildə və pulsuz həyata keçiririk”.
Ulusum.az xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Tibbi xidmətlərin inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva deyib.
Yaqut Qarayeva bildirib ki, TƏBİB-in tabeliyində olan bütün tibb müəssisələrində qripə qarşı peyvəndləmə həyata keçirilir. Xəstəxanalara rəsmi məlumatlar göndərilib və müəssisələr bu prosesə tam hazırdır:
“Peyvənd Fransa istehsalı olan "Sanofi" şirkəti tərəfindən istehsal edilib. Peyvənd injektorun içində hazır formada olur. Bu, təhlükəsizliyə zəmanət verir. Heç bir əks təsiri yoxdur”, - deyə Yaqut Qarayeva vurğulayıb.
TƏBİB rəsmisi qrip peyvəndinin könüllü olduğunu qeyd edib. O, peyvəndin daha çox tibbi göstərişi olan şəxslərə, xüsusilə də 65 yaşdan yuxarı insanlara tövsiyə edildi.
R.D
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 14:01
Gizli Aclıq Nədir?
Mətbəx
Dünən, 12:12
Künefe Sevənlər Üçün Fərqli Resept
Populyar Xəbərlər
Müasir Sistem Yorğun İnsan Modelini Gücləndirir: Cəmiyyət Susur, Düzən Güclənir
Daşkənd Beynəlxalq Turizm Sərgisində robot rəqs etdi
Söz yox, niyyət və düşüncə təsir edir
"Tibbi İstehsalçıların iş forumu" və 11-ci Türk Tibb Dünyası Qurultayı Ankarada keçiriləcək
Humus Resepti – Evdə Asan Hazırlanan Sağlam Noxud Əzməsi - VİDEO
Ərzurumun bir qüruru daha…
