Bu gün Əhməd Cavadın anım günüdür
Bu gün Azərbaycanın görkəmli şairi, maarifçi və ictimai xadimi, Dövlət Himnimizin söz müəllifi Əhməd Cavadın anım günüdür.
Əhməd Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Seyfəli kəndində dünyaya gəlib. Erkən yaşlarından təhsil və maarifçiliklə məşğul olan şair 1913-cü ildə müəllimlik şəhadətnaməsi alıb.
O, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında fəal iştirak edib, milli marşların və Dövlət Himninin sözlərini yazıb. 8-dən çox dili bilən Əhməd Cavad eyni zamanda Azərbaycan dili üzrə ilk dərsliyin müəllifidir.
Şair 1920–1937-ci illərdə dəfələrlə təqib və həbsə məruz qalıb. 1937-ci ilin oktyabrında 15 dəqiqəlik məhkəmə ilə güllələnib.
Qeyd edək ki, 2022-ci ildə Prezidentin sərəncamı ilə Əhməd Cavadın 130 illiyi dövlət səviyyəsində qeyd olunub.
R.Daşdəmirova
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 14:01
Gizli Aclıq Nədir?
Mətbəx
Dünən, 12:12
Künefe Sevənlər Üçün Fərqli Resept
Populyar Xəbərlər
Müasir Sistem Yorğun İnsan Modelini Gücləndirir: Cəmiyyət Susur, Düzən Güclənir
Daşkənd Beynəlxalq Turizm Sərgisində robot rəqs etdi
Söz yox, niyyət və düşüncə təsir edir
"Tibbi İstehsalçıların iş forumu" və 11-ci Türk Tibb Dünyası Qurultayı Ankarada keçiriləcək
Humus Resepti – Evdə Asan Hazırlanan Sağlam Noxud Əzməsi - VİDEO
Ərzurumun bir qüruru daha…
