Gəncədə avtobusda yaşanan gərginliyə görə sürücü ilə profilaktik söhbət aparılıb
Gəncədə “BakuBus” MMC-yə məxsus 1 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusda sürücü ilə sərnişin arasında baş verən insident araşdırılıb.
Şirkətin mətbuat xidmətindən bildirilib ki, Heydər Əliyev prospektində yaşanan hadisəyə sərnişinin avtobusu dayanacaqdan kənarda saxlatdırmaq istəyi səbəb olub.
Sürücü bu tələbin qaydalara zidd olduğunu əsaslandıraraq sərnişini xəbərdar etsə də, sərnişin israrla qaydadan kənar dayanmanı tələb edib və sürücüyə qarşı nalayiq ifadələr işlədib.
Gərginliyin artması səbəbindən sürücü emosional reaksiya göstərərək avtobusu qısa müddətə dayandırıb. Daha sonra sakitləşərək hərəkəti bərpa edib.
Məsələ ilə əlaqədar "BakuBus" MMC-nin müvafiq şöbəsi sürücü ilə profilaktik söhbət aparıb və ona gələcəkdə oxşar hallarda daha təmkinli davranması tövsiyə olunub.
Şirkət ictimai nəqliyyatdan istifadə edən sərnişinləri qaydalara riayət etməyə və yalnız müəyyən olunmuş dayanacaqlarda düşmə-təhlükə tələb etməyə çağırıb.
Ulusum.az-ın qərb bölgə bürosunun məlumatı
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 14:01
Gizli Aclıq Nədir?
Mətbəx
Dünən, 12:12
Künefe Sevənlər Üçün Fərqli Resept
Populyar Xəbərlər
Müasir Sistem Yorğun İnsan Modelini Gücləndirir: Cəmiyyət Susur, Düzən Güclənir
Daşkənd Beynəlxalq Turizm Sərgisində robot rəqs etdi
Söz yox, niyyət və düşüncə təsir edir
"Tibbi İstehsalçıların iş forumu" və 11-ci Türk Tibb Dünyası Qurultayı Ankarada keçiriləcək
Humus Resepti – Evdə Asan Hazırlanan Sağlam Noxud Əzməsi - VİDEO
Ərzurumun bir qüruru daha…
