Tovuzda ailə münaqişəsi: Bacı atasına söyən qardaşını döyüb

Tovuz rayonunun Abulbəyli kəndində ailə münaqişəsi fiziki qarşıdurma ilə nəticələnib.
Hadisə zamanı bacı qardaşına yumruq zərbələri endirib, nəticədə onun dörd dişi qırılıb.
İlkin məlumata görə, Tərxan Məmmədov (ad və soyad şərtidir) sərxoş halda evə gələrək atasına məxsus mobil adapteri götürüb və geri qaytarmaqdan imtina edib. Bu səbəbdən ata-oğul arasında mübahisə yaranıb və Tərxan atasına nalayiq sözlər deyib.
“Ulusum.az-ın bölgə müxbirinin məlumatına əsasən, hadisəni görən bacısı Fazilə Məmmədova (ad və soyad şərtidir) onu sakitləşdirməyə çalışsa da, Tərxan ona da söyüş söyüb. Cavab olaraq Fazilə qardaşını döyüb.
Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub və fakt üzrə cinayət işi başlanıb. Tovuz Rayon Məhkəməsində keçirilən iclas zamanı tərəflər barışdıqlarını bildiriblər.
Məhkəmə Faziləyə qarşı cinayət işinə xitam verib və o, cinayət məsuliyyətindən azad edilib.
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 15:00
Üzümün möcüzəvi faydaları
Mətbəx
Bu gün, 15:00
Peçenye Resepti – Cəmi Bir Neçə Ərzaqla VİDEO
Populyar Xəbərlər