Gəncədə raket zərbəsindən zərər çəkən ailə 5 ildir kirayədə yaşayır: “Divarlar çatlayıb, ev uçmaq üzrədir
Məmməd Babayev: “Təmir adı ilə yalnız kosmetik işlər görüldü, təhlükə isə qalır”
2020-ci ildə Ermənistan silahlı qüvvələrinin Gəncəyə endirdiyi raket zərbəsi nəticəsində zərər görən evlərdən biri də şəhər sakini Məmməd Babayevə məxsus tikilidir.
O bildirir ki, raket hücumu zamanı ailəsi Rusiya Federasiyasında yaşayıb, evdə isə yalnız anası – mülkiyyət sahibi Zərifə Babayeva olub.
Hadisədən sonra Babayevlər ailəsinə dəymiş ziyanın qiymətləndirilməsi məqsədilə komissiya yaradılıb. Azərbaycana qayıdan Məmməd Babayevə evlə bağlı rəy veriləcəyi bildirilsə də, təqdim olunan sənəd ailəni qane etməyib.
“Ulusum.az-ın bölgə müxbirinin məlumatına görə, şikayətçinin sözlərinə əsasən, komissiya evin “təmir-bərkitmə” ilə bərpa oluna biləcəyinə dair qərar verib.” Lakin zərərçəkmiş iddia edir ki, evin bünövrəsi belə təhlükə altındadır, yalnız kosmetik təmir işləri aparılıb:
“Evin divarlarında dərin çatlar var, hər an uça bilər. Beş ildir ailəmlə birlikdə kirayədə yaşayıram,” – deyə Məmməd Babayev bildirib.
Onun sözlərinə görə, raketin düşdüyü nöqtə ilə onların evinin arası təxminən 40–50 metrdir. Babayev qeyd edir ki, son 5 ildə dəfələrlə rəsmi qurumlara müraciət etsə də, bir nəticə olmayıb.
Son iki ildə isə Şəhərsalma və Arxitektura Komitəsinə göndərdiyi məktublara cavab verilməyib. Əvvəlki illərdə isə müxtəlif qurumlar məsuliyyəti bir-birinin üzərinə atıblar.
Qeyd edək ki, ziyanın qiymətləndirilməsi məqsədilə yaradılan komissiyanın tərkibinə Gəncə Şəhər İcra Hakimiyyəti və digər dövlət qurumları daxil edilib.
Təmir-tikinti işlərinə isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi nəzarət edib. Qurumdan bildirilib ki, Məmməd Babayevin şikayəti ilə bağlı əlavə araşdırma aparılacaq.
R.Daşdəmirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 14:01
Gizli Aclıq Nədir?
Mətbəx
Dünən, 12:12
Künefe Sevənlər Üçün Fərqli Resept
Populyar Xəbərlər
Müasir Sistem Yorğun İnsan Modelini Gücləndirir: Cəmiyyət Susur, Düzən Güclənir
Daşkənd Beynəlxalq Turizm Sərgisində robot rəqs etdi
Söz yox, niyyət və düşüncə təsir edir
"Tibbi İstehsalçıların iş forumu" və 11-ci Türk Tibb Dünyası Qurultayı Ankarada keçiriləcək
Humus Resepti – Evdə Asan Hazırlanan Sağlam Noxud Əzməsi - VİDEO
Ərzurumun bir qüruru daha…
