Bu gün, 08:00 0 Cəmiyyət / Gündəm

Qazaxda sakinlərlə Rayon İcra başçısı görüşüb

Qazaxda sakinlərlə Rayon İcra başçısı görüşüb
Oktyabrın 9-da Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilib.

Qazaxda sakinlərlə Rayon İcra başçısı görüşüb


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov səyyar görüşün əsas məqsədinin yaşayış məntəqələrində vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib.



İcra başçısı , həm Birinci Qarabağ, həm də Vətən müharibəsində xidməti vəzifəsini yerinə yetirərkən, torpaqlarımızın azadlığı uğrunda canından keçən Ağköynək kəndinin igid oğullarının Şəhidlik zirvəsinə ucaldığını qeyd edib.



Erkən nikahın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində də valideynlərlə, müəllimlərlə yanaşı, hər kəsin üzərinə məsuliyyət düşdüyünü bildirib.



Ulusum.az-ın Qərb bürosu xəbər verir ki, rayon rəhbəri sakinlərlə keçirilən görüşdə narkomaniyanın törətdiyi fəsadlardan da danışıb, Narkomaniyanın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində təkcə hüquq-mühafizə orqanlarının deyil, valideynlərin, müəllimlərin, hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.



Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin, həmçinin, ağsaqqalların bu işlərdə səfərbər olmasını, öz mövqelərini bildirmələrini tövsiyə edib.



R.Daşdəmirova

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.