Baş Prokurorluq beynəlxalq müstəvidə cinayətkarlığa qarşı mübarizəni gücləndirir
Kamran Əliyev Səudiyyə Ərəbistanında keçirilən beynəlxalq konfransda çıxış edib
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə Səudiyyə Ərəbistanı Krallığında keçirilən beynəlxalq tədbirdə iştirak edib.
O, Nazaha qurumunun dəstəyi ilə təşkil olunan Yaxın Şərq və Şimali Afrika regionu üzrə əmlakın bərpası mövzusundakı konfransda çıxış edib.
Baş prokuror çıxışında Azərbaycanda mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində həyata keçirilən islahatları diqqətə çatdırıb. Cinayət yolu ilə əldə edilmiş əmlakların ölkələrin maliyyə sabitliyi üçün ciddi təhlükə olduğu bildirilib.

Bu təhdidə qarşı qlobal səylərin birləşdirilməsinin vacibliyi vurğulanıb. Tədbirdə 30-dan artıq ölkəni təmsil edən 200-dən çox nümayəndə iştirak edib.

Ulusum.az xəbər verir ki, Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfəri çərçivəsində bir sıra ölkələrin prokurorluq və korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərləri ilə görüşlər keçirilməsi haqda prokurorluğun sosial hesabında dərc olunb.
Görüşlərdə hüquq-mühafizə orqanları arasında əməkdaşlığın genişləndirilməsi, transsərhəd cinayətkarlıq və korrupsiya ilə mübarizədə birgə fəaliyyətin gücləndirilməsi müzakirə olunub.
Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım, ekstradisiya və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.
Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfəri çərçivəsində bir sıra ölkələrin prokurorluq və korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərləri ilə görüşlər keçirilib.
Görüşlərdə hüquq-mühafizə orqanları arasında əməkdaşlığın genişləndirilməsi, transsərhəd cinayətkarlıq və korrupsiya ilə mübarizədə birgə fəaliyyətin gücləndirilməsi müzakirə olunub.
Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım, ekstradisiya və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.R.D
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 14:01
Gizli Aclıq Nədir?
Mətbəx
Dünən, 12:12
Künefe Sevənlər Üçün Fərqli Resept
Populyar Xəbərlər
Müasir Sistem Yorğun İnsan Modelini Gücləndirir: Cəmiyyət Susur, Düzən Güclənir
Daşkənd Beynəlxalq Turizm Sərgisində robot rəqs etdi
Söz yox, niyyət və düşüncə təsir edir
Humus Resepti – Evdə Asan Hazırlanan Sağlam Noxud Əzməsi - VİDEO
Ərzurumun bir qüruru daha…
Honkonqun Tay Po rayonunda yanğın VİDEO
