Bəzi keytrinq şirkətləri qida təhlükəsizliyi tələblərinə əməl etmir – Xəbərdarlıq
2025-ci ilin yanvar-sentyabr ayları ərzində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 14 keytrinq şirkətində aparılan yoxlamalar zamanı ciddi uyğunsuzluqlar aşkarlanıb. Aşkar olunan nöqsanlar istehlakçıların təhlükəsiz və keyfiyyətli qida ilə təminatına təhlükə yaradır.
Aşkar edilmiş əsas uyğunsuzluqlar aşağıdakılardır:
− müəssisənin qeydiyyata alınmadan fəaliyyət göstərməsi;
− mətbəxdə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmaması;
− texnoloji ardıcıllıq prinsipinə əməl olunmaması;
− xammal və hazır məhsulların üzərində etiket məlumatlarının olmaması;
− xammalların müşayiətedici sənədlərinin olmaması;
− yararlılıq müddəti bitmiş məhsulların mövcud olması;
− məhsulların saxlanma qaydalarına əməl olunmaması;
− dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmaması;
− işçi heyətin ilkin və dövrü tibbi müayinədən keçməməsi.
Faktlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Nöqsan aşkarlanan 12 müəssisənin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub.
Agentlik qida təhlükəsizliyi tələblərinə əməl olunmasının vacibliyini vurğulayaraq, aşkar edilmiş nöqsanların aradan qaldırılması və nəzarət tədbirlərinin davam etdirildiyini bildirir.


Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 14:01
Gizli Aclıq Nədir?
Mətbəx
Dünən, 12:12
Künefe Sevənlər Üçün Fərqli Resept
Populyar Xəbərlər
Müasir Sistem Yorğun İnsan Modelini Gücləndirir: Cəmiyyət Susur, Düzən Güclənir
Daşkənd Beynəlxalq Turizm Sərgisində robot rəqs etdi
Söz yox, niyyət və düşüncə təsir edir
Humus Resepti – Evdə Asan Hazırlanan Sağlam Noxud Əzməsi - VİDEO
Ərzurumun bir qüruru daha…
Honkonqun Tay Po rayonunda yanğın VİDEO
